İran və İraq arasında gərginlik!

Baxış sayı:
4252

İraqın baş naziri İbadinin ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiya qərarını tətbiq edəcəklərini açıqlamasından sonra İrandan çox sərt açıqlama verilib.
 
İranın dini lideri Əli Xamneyinin İraq nümayəndəsi Müctəba əl-Hüseyni, "ABŞ-ın İrana sanksiyalarını tətbiq edəcəklərini" deyən İraq baş naziri Heydər el-ibadinin, ABŞ qarşısında psixoloji məğlubiyyətə düşdüyünü bildirib.
Hüseyni, etdiyi yazılı açıqlamada, İbadini sərt bir dillə tənqid edərək, "sanksiyaları tətbiq edəcəkləri" istiqamətindəki açıqlamasının "məsuliyyətsiz" olduğunu bildirib.
 Hüseyni, "İraq baş nazirinin,bizi kədərləndirən bu mövqeyi ABŞ qarşısında psixoloji olaraq zəif düşdüyünü və məğlub edildiyini göstərdi" deyə, qeyd edib.
Hüseyninin bu açıqlamalarına İraq hökumətindən hələ ki, hər hansı bir cavab gəlməyib.
Qeyd edək ki, İbadi, ABŞ-ın İrana sanksiyalarını tətbiq edəcəklərini söyləmişdi. İbadi, bu açıqlamasından dolayı İrana yaxın Şiə siyasi və hərbi qrupların sərt tənqidinə məruz qalmışdı.
Müxalifət.az