İran uranın zənginləşdirməsini bərpa etdi - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
6723

İranın nüvə agentliyi cümə axşamı dünya qüdrətləri ilə 2015-ci il nüvə sazişinə əsasən, zənginləşdirmə və ya zənginləşdirmə ilə bağlı araşdırma aparmamaq barədə razılığa gəldiyi yeraltı Fordo nüvə zənginləşdirilməsi zavodunda uran zənginləşməsinin bərpa olunduğunu elan edib.

İranın Atom Enerjisi Agentliyinin verdiyi açıqlamada zənginləşmənin gecə başladığını və BMT-ın nüvə gözətçisi agentliyinin rəsmisinin bunun şahidi olduğunu bildirilib.

İran zənginləşdirməni 4.5%-ə qədər qaldırmağı planlaşdırdığını bildirib. Bu isə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində icazə verilən səviyyədən bir qədər yüksəkdir.

Fordoda zənginləşdirmə işləri aparmaq və daha yüksək səviyyələrdə zənginləşdirməklə yanaşı, İran zənginləşdirilmiş materialın miqdarına görə həddi aşıb və zənginləşdirmə prosesində istifadə olunan daha təkmil sentrifuqaların inkişaf etdirildiyini elan edib.

Birgə Hərtərəfli Fəaliyyət Planı Qərbin ittihamlarına cavab vermək məqsədi daşıyırdı. Qərb İranı nüvə silahını inkişaf etdirməkdə günahlandırır. İran isə nüvə proqramının enerji istehsalı və tibb kimi dinc mshiyyət daşıdığı söyləyib. İran bildirir ki, 4.5% -ə qədər zənginləşdirmə nüvə silahı hazırlamaq üçün lazım olan səviyyədən xeyli aşağıdır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarəetmə şurası cümə axşamı Vyanada İranın nüvə işlərini müzakirə etmək üçün toplanıb. Agentliyin müfəttişlərinə İranın Birgə Hərtərəfli Fəaliyyət Plana uyğunluğunu izləmək tapşırılıb.

ABŞ Prezidenti Donald Tramp keçən il sazişdən çıxma qərarını açıqlayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın razılaşmanın bir hissəsini yerinə yetirdiyini söyləyib. Tramp sazişin İranın nüvə silahının inkişafına mane olmaq üçün kifayət etmədiyini və sanksiyaların yüngülləşdirilməsi yolunda ölkəyə çox güzəşt etdiyini deyib. ABŞ İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq edib.

Birgə Hərtərəfli Fəaliyyət Planını imzalayan digər ölkələr - İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya sazişin davam etməsi üçün çalışır.