İran Ukrayna təyyarəsini raketlə vurduğunu təkzib edir, amma görüntülər onu yalanlayır... / ŞOK VİDEO

Baxış sayı:
4342

İran çərşənbə axşamı Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin İran raketi ilə vurulduğunu təkzib edib.
Muxalifet.az "Euronews"-a istinadla bildirir ki, mətbuat konfransında İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə belə dedi: "Bir şey dəqiqdir bu təyyarə raketlə vurulmadı".
Daha əvvəl Kanadanın Baş naziri Justin Trudeau, "çoxsaylı mənbələrdən" əldə olunmuş kəşfiyyat məlumatlarının, təyyarənin "İranın yer-hava raketi" tərəfindən vurulduğunu göstərdiyini söylədi. Əlavə etdi ki, "bəlkə də təsadüfən olub".
Hadisə barədə kəşfiyyat məlumatlarına malik olan ABŞ, İranın hava hücumundan müdafiə zenit sisteminin raketinin Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737 təyyarəsini vuraraq, 176 sərnişini və ekipajı Tehrandan havaya qalxdıqdan az sonra öldürdüyünü dedi.
İngiltərənin Baş naziri Boris Johnson da təyyarənin raket tərəfindən vurulduğunu təsdiqləyən "mənbələri" nın olduğunu bildirərək qəzaya münasibət bildirdi. Johnson yenə də "hər tərəfi" "bölgədəki gərginliyi azaltmağa" çağırdı.
Sərnişin təyyarəsi İranlı general Qasim Süleymaninin öldürülməsindən sonra Vaşinqtonla qarşıdurma əsnasında, İraqdakı ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazalara İranın ballistik raket hücumundan bir neçə saat sonra qəzaya uğradı.
İran Nazirlər Kabinetinin sözçüsü Əli Rabiei, iddiaların, qəzada həlak olanların ailələrinin "ağır yarasına duz səpdiyini" söylədi.
Muxalifet.az