İran təyyarəsi G7 sammitində - GİZLİ SƏFƏR, YOXSA...

Baxış sayı:
6250

G7 sammitində iştirak etmək məqsədilə İran nemayəndə heyəti Biarris şəhərinə gedib.

Bu barədə mülki təyyarələrin uçuşlarını izləyən “Flightradar24” məlumat yayıb.

Məlumata görə, İran müməyəndələrinin olduğu təyyarə Biarris aeroportuna enib. Bu aralar həmin aeroport yalnız rəsmi nümayəndə heyətlərinin təyyarələrini qəbul edir. “Flightradar24” bildirib ki, enən təyyarə İranın Xarici İşlər naziri Məhəmməd Cavab Zərifin rəsmi səfərlər zamanı uçduğu təyyarədir.

Qeyd edək ki, cümə günü Parisə səfər edən məhəmməd Cavad Zərif fransız həmkarı Jan-İv Lö Drian və Fransa Prezidenti Emmanuel Makronla görüşmüşdü.