İran: Türkiyənin dəstəyilə ABŞ-ın planı İFLASA UĞRADILDI

Baxış sayı:
4135

İranın paytaxtı Tehranda keçirilən 13-cü İran Coğrafiya Konqresində danışan müdafiə naziri Əmir Xatəmi ABŞ-ı region ölkələrinin sərhədlərini pozmağa çalışmaqla günahlandırıb.

Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin "Tesnim" xəbər agentliyi məlumat yayıb.

"ABŞ-ın regional coğrafiyanı pozmaq və regiondakı ölkələri bölərək kiçik dövlətlər halında özündən asılı hala salmaq istəyir. Düşmənlər ilk olaraq kürdlərdən istifadə edib ölkələri parçalamağa çalışsa da, xalqın oyaqlığı, İran, Türkiyə və İraqın dəstəyi ilə bu plan iflasa uğradı" - deyə, nazir bildirib.

Əmir Xatəmi ABŞ-ın "Yeni Yaxın Şərq Planı" çərçivəsində bu hədəfinə çatmağa çalışdığını açıq-açıq bəyan edib.