​İran: Türkiyə və Rusiya ilə dollardan imtina etdik və...

Baxış sayı:
3574

Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İran Mərkəzi Bankının sədri Abdunnasir Himməti verib. O bildirib ki, yaxın gələcəkdə Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərliyi ilə bir araya gələcək və razılaşdırılmış məsələlərin təcili tətbiq edilməsi üçün çalışacaq:
"Tehran zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə neft, qaz və əsas məhsulların mübadiləsi ilə bank məsələsində razılıq əldə edilib. Ticarət əlaqələrində 3 ölkə də dollardan imtina edilməsində həmfikirdir. Ölkələr təyin edilən məzənnə üzərində milli valyutaları ilə ticarət edəcək".