​İran Türkiyə qarşısında buna məcbur olacaq - İbrahimov

Baxış sayı:
13024

İran neftindən imtina etmək o qədər də asan deyil.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun araşdırmaçısı Fərhad İbrahimov bildirib.
Türkiyənin İranın enerji resurslarına bağlı olduğunu deyən İbrahimov Rusiya və Azərbaycanın eyni zamanda neft ala biləcəyi alternativ ölkələrə ehtiyacı olduğu üçün İranla münasibətləri inkişaf etdirməyə davam edəcəyini bildirib:
"Enerji resurslarının qiymətini ümumiyyətlə onları alan ölkə diktə edir. Hazırda İran bazar qiymətini tələb edə bilməz, çünki neftinin dünyanın əksər ölkəsinə satışı qadağandır. Əlbəttə ki, Türkiyə üçün İrandan neft almaq münasib olacaq. Başqa yolu olmadığını anlayan İran bunu qəbul edəcək".