​İran Tramp haqqında oyun hazırladı

İran ABŞ prezidenti Donlad Tramp haqqında kompüter oyunu hazırlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Fars" agentliyi məlumat yayıb. Verilən məlumata görə, noyabrın 4-də İranın milli bayramı günündə maraqlı adıdm atılıb. İran şirkətlərindən biri Trampın baş rolda iştirakı ilə kompüter oyunu hazırlayıb. Oyun “Studio Hiva” şirkəti tərəfindən icad edilib.
Oyunun əsas qəhrəmanı Trampdır. Onun müxtəlif silahlardan istifadə etmək imkanları var. Bundan əlavə, Tramp raketlər atır. Qırıcı təyyarələrlə döyüşə bilir. Oyun zamanı Tramp həm də çoxlu pul qazana bilir.
Qeyd edək ki, 1979-cu ildə İranın inqilab qvardiyası Tehrandakı ABŞ səfirliyini tutub. Bunun şərəfinə İranda noyabrın 4-ü milli bayram kimi qeyd edilir.