İran tələbləri qəbul etdi: meyitləri verir, qara qutunu isə...

Baxış sayı:
5349

8 yanvarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun səhvən vurduğu Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq” sərnişin təyyarəsində həlak olan ukraynalıların meyitini Tehran Kiyevə göndərməyə hazırdır.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ukraynalı həmkarı Vadim Pristayko ilə telefon söhbətində deyib.

Zərif bildirib ki, təyyarənin qara qutusunun oxunmasında ukraynalı mütəxəssislərin iştirakını təmin etməyə də hazırdırlar.

Pristayko Zərifə İranın məsuliyyəti üzərinə götürdüyünə və əməkdaşlıq etdiyinə görə təşəkkür edib.