İran təhdid dozasını artırdı

Baxış sayı:
7555

İran Xarici İşlər Nazirliyinin sözçüsüi Abbas Musəvu keçən həftə İngiltərə Dəniz Piyadaları tərəfindən saxlanılan İran tankerinin qaytarılması çağırışı edib. Musəvi əks təqdirdə, bu təhlükəli oyunun nəticələrinin olacağı ilə İngiltərəni hədələyib.
 
Abbas Musəvi "Bu təhlükəli bir oyundur və nəticələri olacaq. Gəminin müsadirə edilməsinin hüquqi bəhanəsi etibarsızdır. Tankerin buraxılması bütün ölkələrin mənfəətinədir" deyə açıqlama verib.
Qeyd edək ki, İran İnqilab Mühafizəçilərinə aid silahlı sürətli botların dünən Bəsrə Körfəzində İngiltərəyə aid bir tankeri ələ keçirməyə çalışdığı qeyd edilmiş, İran bu iddiaları rədd etmişdi.
Müxalifət.az