İran terrorçulara raket satır: ABŞ-dan İDDİA

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Nikki Hali İranı Yəməndəki Husi təşkilatını raketlə təmin etməkdə ittiham edib.
Təmsilçi bununla İranın BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu deyib.
O, məsələ barədə yazılı açıqlama verib. Açıqlamada bildirilir ki, Səudiyyə Ərəbistanının paylaşdığı bilgilər, Husilərin bu ölkəyə atdığı raketlərin daha öncə Yəməndə görülmədiyini və İrana aid olduğunu göstərir.
İranı BMT qərarlarını pozmaqda təqsirləndirən N.Hali BMT-yə İran rejiminə qarşı tədbirlər görmək üçün çağırış edib. O, ABŞ-ın bölgənin sabitliyini pozan və beynəlxalq hüququ tapdalayan qüvvələrə səssiz qalmayacağını deyib./Publika.az/