İran televiziyası ABŞ-ın pilotsuz təyyarəsinin qalıqlarını nümayiş etdirib

Baxış sayı:
3058

İranın dövlət televiziyası ölkənin hava sərhədini pozarkən vurulan ABŞ-ın pilotsuz uçan təyyarəsinin qalıqlarını nümayiş etdirib.

İranın hərbi hava qüvvələri tərəfindən vurulan pilotsuz təyyarə Hörmüz boğazına düşüb. İran təyyarənin qalıqlarını nümayiş etdirərək onun ABŞ-a məxsus olduğunu sübuta yetirib.

Hərbi Hava Qüvvələrini generalı Əmirəli Xanzadə bildirib ki, İran dəfələrlə ABŞ-ı bununla bağlı xəbərdar edib.

Təyyarənin qalıqları İran televiziyasında göstərildikdən sonra rəsmi Vaşinqton bəyan edib ki, təyyarə beynəlxalq suların üzərində vurulub.