İran tarixində bir ilk: Qasım Süleymaniyə...

Baxış sayı:
4804

İran İnqilab Mühafizəçilərinin komandiri və eyni zamanda, Suriyada həyata keçirdiyi qətliamlarla tanınan və Hələb Qəssabı kimi məşhurlaşan Qasım Süleymaniyə Zülfüqar Cəsarət Ordeni verilib.
 
İranın dini lideri Xamneyinin Twitter hesabı üzərindən paylaşdığı mesajda, "Qasım Süleymaniyə Zülfüqar Cəsarət Ordeni verildi" deyə qeyd olunub.
Hələb Qəssabı kimi tanınan Qasım Süleymaniyə mükafat doğum günündə verilərkən, eyni zamanda, sözügedən mükafatın 40 illik İran İslam Respublikası tarixində ilk dəfə verildiyi qeyd olunub.
Müxalifət.az