İran Suriyada raket zavodu tikir - İDDİA

İsrail mediası İranın Suriyanin şimal-qərbində uzunmənzilli raketlərin istehsalı üçün zavod açacağını iddia edib.
 
İsrailin Kanal 2 televiziyasında yayımlanan xəbərdə zavodun Suriyanın Aralıq dənizi sahillərində yerləşən Banyas qəsəbəsində tikiləcəyi bildirilib.
İranın istehsal edəcəyi uzunmənzilli raketlərin xüsusi bazalarda saxlanılacağı da xəbərdə öz əksini tapıb./axar.az