İran Suriyada "Mehdi Aslanları" adlı silahlı təşkilat qurdu

Baxış sayı:
1138

İran, Iraq və Əfqanıstandan olan, muzdlu döyüşçülərdən ibarət döyüşçü qrup təşkil edərək, Bəşər Əsəd rejiminə dəstəyini artırdı.
Muxalifet.az bildirir ki, Anadolu Ajansı yerli mənbələrə istinadla bu barədə məlumat verib. Silahlı qrup "Mehdi Aslanları" adlandırıldı.
Suriya mənşəli şiələrin də qrupa qoşulması ilə silahlıların sayı 200-ə çatdı.
Hama vilayətində hərbi təlimlərini bitirən silahlılar, İranın dəstəklədiyi terrorçu qrupların çox olduğu Deyrizordakı Elbukamal çölünə və İraq-Suriya sərhədinə göndərildi.
Digər tərəfdən Hələb ətrafında yerləşdirilən, İrandan dəstək alan əcnəbi terrorçu qruplardan Bəkir Tugayları qrupunun sayının 2 minə çatdığı, qruptakı terrorçuların bir hissəsinin də Deyrizor və Rakkaya göndərildiyi bildirildi. Sünni ərəblərin yaşadığı Deyrizordakı İran, Iraq, Livan, Əfqanıstan və Pakistan mənşəli qrupları, İran İnqilab Keşikçiləri qüvvələri istiqamətləndirir və idarə edir.
Suriya-Iraq sərhədindəki Deyrizor, İrandan Livana uzanan quru əlaqəsini təmin edən məntəqə kimi istifadə olunur. Iraq və İordaniyadan gələn boru xəttləri ilə ticarət yolları da bu şəhərdən keçir.
İranın dəstəklədiyi qruplar, Deyrizorda ələ keçirdikləri mülklərdə şiə məzhəbinə əsaslanan təlimlər verir, şiə inancına aid ibadət yerlərində "hüseyniyələr" açır.
Fərat çayının şərqində olan Deyrizor torpaqları isə ABŞ dəstəkldii terrorçu YPG/PKK-nın işgalındadır.
Muxalifet.az