İran Suriyada hərbi baza inşa edir – BBC-dən AÇIQLAMA

İran Suriya paytaxtı yaxınlığında daimi hərbi baza inşa edir.
Muxalifet.az bildirir ki, bu barədə BBC telekanalı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat verib.
Məlumata əsasən, hərbi baza Suriya hökumət qoşunlarının nəzarəti altında olan ərazidə, paytaxt Dəməşqdən təxminən 14 km cənubda inşa olunur.
Telekanalın sifarişi ilə peykdən aparılan çəkiliş adıçəkilən ərazidə inşaat işlərinin aparıldığını təsdiqləyib.