İran Suriyada DAHA BİR BÖLGƏNİ TƏRK ETDİ

Baxış sayı:
406

Ötən günlərdə qəflətən Hələbin El-Hader bölgəsini tərk edən İranın dəstəklədiyi Şiə milislər, indi də Xama şəhərindəki bir bölgəni tərk edib.
 
Suriyada İranın dəstəklədiyi Şiə milisləri bir həftə içində qəflətən bir çox bölgədən çəkilib.
Yerli mənbələrdən alınan məlumata görə, Şiə milislər Xamanın şimal və qərb hissəsindəki bir çox bölgədən hələlik bilinməyən bir səbəbdən dolayı çəkilib.
Şiə milislər, eyni zamanda ötən günlərdə də Hələbin El-Hader bölgəsindən 70 zirehli maşınla çəkilmişdi.
İranın dəstəklədiyi milislərin ard-arda gələn bu çəkilmələri, Türkiyə-Rusiya-İran üçlüyünün “gərginliyi azaltma bölgələri” müqaviləsi çərçivəsində baş verdiyi düşünülür.
Məsələ ilə bağlı açıqlama verən Əhməd Hilfaya ləqəbli Əhrari Şam komandiri, "Ötən qısa müddət ərzində Xama şəhərində qəflətən Əsəd və İran əsgərlərinin çəkildiyini və yerlərinə Rus polisinin gəldiyini gördük" - deyib.
Məlum olduğu kimi, üçtərəfli müqaviləyə əsasən xarici milislər Suriyadan çəkiləcəkdi.
Ekspertlərə görə, İranın bir həftə ərzində bir çox bölgədən ani çəkilməsi də bu müqavilə ilə əlaqəlidir.
Müxalifət.az