İran Suriyada daha 9 muzdlu itirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 9 muzdlusu Suriyada gedən döyüşlərdə həlak olub.
 
Əsədə müxalif qüvvələrlə qarşıdurmada ölənlərdən 7-si Əfqanıstan, 2-si isə İran vətəndaşıdır. Onların Suriyanın konkret hansı bölgələrində öldürüldüyü mediaya açıqlanmayıb.
SEPAH-çılardan bir neçəsinin cənazəsi ölkəyə gətirilərək, İranın müxtəlif şəhərlərində torpağa tapşırılıb.