İran Suriyada baza qurur: Minlərlə əsgər... - Foto

Baxış sayı:
328

İran Suriyada qurduğu yeni hərbi bazaya minlərlə əsgərini yerləşdirməyi planlaşdırır.
Muxalifet.az  xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

Məlumata görə, hazırda İranın İraq-Suriya sərhədindəki bazada inşaat işləri davam etdirilir. “İmagesat” təşkilatının yayımladığı peyk görüntüləri də rəsmi Tehranın sentyabrda bölgəyə edilən hücum zamanı dağılan bazanı təmir etdiyini sübut edib. Bazanın 8 ayrı bölgəsində avadanlıq və yük maşınlarının gizləndiyi, kompleks boyu nəzarət nöqtələrinin qurulduğu bildirilir.
Peyk görüntüləri həmçinin bazanın şimal-qərbində daha az mühafizə olunan 10 anbar və yeni binaların, həmçinin raket saxlanılması üçün yerlərin olduğunu göstərib.
Mənbələr “İmam Əli” bazası layihəsinin Tehrandakı yüksəkçinli rəsmilər tərəfindən təsdiqləndiyini və İnqilab Keşikçiləri Korpusunun Qüds briqadası tərəfindən tamamlandığını qeyd edib.
Muxalifet.az