İran Suriya ərazisini raketlə vurdu - VİDEO

Baxış sayı:
2668

İran dövlət televiziyasının xəbərinə görə, İnqilab Mühafizəçiləri tərəfindən təşkil edilən raket hücumunda Suriyanın Deyrizor şəhərinə bağlı Ebu Kamal rayonu vurulub.
 
Açıqlamada, neçə raket atıldığı deyilməsə də, raket hücumunun "Ahvazdakı” terror hücumuna cavab tədbiri kimi İŞİD-in yerləşdiyi mövqelərə qarşı aparıldığı qeyd olunub.
Fars Xəbər Agentliyinə görə, yerli vaxtla 02.00-də İranın qərbindəki Kermanşah şəhərindən atılan balistik raketlərin 750 kilometr mənzilli "Zülfüqar" və 800 kilometr mənzilli "Qiyam" raketləri olduğu bildirilib.
Qeyd edək ki, İranın cənub-qərbindəki Huzistan əyalətinə bağlı Ahvazda 22 sentyabrda İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə keçirilən hərbi parad mərasimini hədəf alan terror hücumunda 25 nəfər ölmüş, 69 nəfər yaralanmışdı.

Müxalifət.az