İran sərhədində 4 əsgər yaralandı – SİLAHLI HÜCUM

Baxış sayı:
175

İranda Kürdüstan əyalətinin Əbu Həsən kəndində polislə silahlı qrup arasında qarşıdurmada 4 əsgər yaralanıb.
Muxalifet.az “İRNA”ya istinadla xəbər verir ki, Kürdüstan əyalətinin icra başçısının müavini Hüseyn Hoşikbal hadisənin dünən axşam saatlarında İraqla sərhəddə baş verdiyini bildirib.
O, naməlum silahlı qruplaşma ilə qarşıdurmada yaralanan 4 İran əsgərinin xəstəxanaya aparıldığını və silahlıların hadisə yerindən qaçdığını söyləyib.
Hüseyn Hoşikbal hələlik heç bir silahlı qruplaşmanın hadisəni öz üzərinə götürmədiyini açıqlayıb.
Bölgə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.