İRAN ƏSƏDƏ YARDIMA TƏLƏSDİ - Türkiyə meydanda İran, Livan “Hizbullah”ı, Suriya və Rusiya ilə qarşı-qarşıyadır

Baxış sayı:
2766

“Bahar qalxanı” əməliyyatının davam elədiyi bir zamanda İran və Livanın “Hizbullah” döyüşçüləri dara düşmüş Əsəd rejiminə yardım eləmək üçün cəbhəyə maşın karvanı ilə milis dəstələri gətirirlər. Rusiya da onlara havadan dəstək verir. Türkiyə ilə savaşan tərəflərin hədəfi Serakib, Cebel Zaviye və Maaret Numanı almaqdır.

Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, Türkiyənin apardığı “Bahar qalxanı” əməliyyatı nəticəsində bir neçə gün ərzində 3183 hərbçisini və yüzlərlə silahlı texnikasını itirən Suriya tərəfi böyük zərbə alıb. Meydana Rusiya təyyarələri ilə İranın dəstəklədiyi milislər gəlib. Suriyanın şərqindən Serakib xəttinə ən azı 2 000 nəfər yeni milis göndərilib./Hurriyyet.org