​İran sazişdən çıxmağa məcbur olacaq – ABŞ PLANI

Baxış sayı:
4699

İranla imzalanan nüvə razılaşmasını yaxın zamanlarda tam məhv gözləyir.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti sədrinin eks-müaşviri Robert Aynxorn deyib.
 “Nəzəri baxımdan müqavilənin ABŞ olmadan qalması mümkündür. Praktik baxımdan isə real deyil.
Əminəm ki, bütün əsas Avropa bankları və şirkətləri öz bizneslərini İrandan çıxarmaq üçün qərar qəbul edəcəklər. Nəticədə İran nüvə razılaşmasından sonra əldə etməyi planlaşdırdığı iqtisadi faydalardan məhrum olacaq. Avropa hökumətləri Çin və Rusiya ilə birgə İranı bu razılaşmada daha bir neçə ay qalmağa inandıra biləcəklər. Yekunda iqtisadi faydaların azalması İranda sərt siyasi kursun tərəfdarlarının nüvə razılaşmasından uzaqlaşmaq haqqında qərar qəbul etmələrinə səbəb olacaq. Bu isə razılaşmanın çöküşü deməkdir”, – deyə o bildirib.