İRAN SAVAŞA BAŞLADI! QADAĞAN ETDİLƏR - RUSİYANIN İZİ İLƏ...

Baxış sayı:
2341

İrandan əcnəbi mesajlaşma proqramlarına əngəl
 
Muxalifət.az xəbər verir ki, İranda dövlət idarələrində xarici mesajlaşma proqramlarından istifadə qadağan edilib.
İranın yarımrəsmi “Tasnim” informasiya agentliyinin verdiyi xəbərə görə, Prezident Aparatının Strateji İdarə Mərkəzinin başçısı Rıza Cevaheri dövlət idarələrində əcnəbi mesajlaşma proqramlarının qadağan edildiyini bəyan edib.
Qərarın Kiber Həyacan Ali Şurasının idarə elədiyi sosial media proqramlarının nizamlanması ilə bağlı maddəyə istinadən verildiyini bildirən Cevaheri bütün dövlət idarə və təşkilatlarının Kommunikasiya və Elm Texnologiyaları təşkilatının bəyan elədiyi yerli mesajlaşma proqramlarına keçməsinin lazım olduğunu bildirib.
İranda bir çox xarici mesajlaşma proqramlarından istifadə edilsə də, “Teleqram” onların arasında ən populyar hesab edilir. “Teleqram”ın bağladılacağı ilə bağlı açıqlamalar bir müddətdir ki, ölkə gündəmindədir.
 
"Teleqram"a alternativ yerli proqram
 
İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının başçısı Alaaddin Burucerdi, iki həftə bundan əvvəl verdiyi açıqlamada "Teleqram"ın yerinə aprelin 20-nə qədər "Soroush" adlı oxşar bir proqramın gələcəyini bildirib.
Məsələ ilə bağlı səhər saatlarında İranın lideri Ayətullah Əli Xamaneinin ofisindən verilən açıqlamada ofisə məxsus "Teleqram" kanalının “milli mənfəəti qorumaq və yerli sosial media proqramlarını dəstəkləmək məqsədilə bağladılacağını” bildirərək, istifadəçiləri yerli alternativlərə yönəltmişdi.
İran prezidentinin birinci müavini İshak Cihangiri də “Teleqram”dakı hesabını bağladığını bildirib.
Xatırladaq ki, ötən həftə Moskva məhkəməsi “Teleqram”ın bağlanması barədə Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya üzrə Rusiya Federal Nəzarət Xidmətinin tələbi üzrə qərar çıxarmışdı. Səbəb kimi, “Teleqram”ın öz istifadəçilərin kodlarının açarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim etməməsi olub. Məhkəmə bu iddiaya 20 dəqiqəyə baxaraq, 40 dəqiqədən sonra qərar qəbul eləmişdi./Hurriyyet.org