İran Ərəb ölkələrini İŞİD-la əlaqədə ittiham etdi

Baxış sayı:
14152

İran İnqilab Mühafizəçiləri Ordusunun  komandiri Əli Şadamani bəzi ərəb dövlətlərinin İŞİD terrorçularının Əfqanıstana daşınmasında rol oynadığını irəli sürüb.
 
“Tasnim” Xəbər Agentliyinə açıqlama verən Şadamani, "Düşmən indi də Əfqanıstanda İraq və Suriyadakı İŞİD planını icra edir və bəzi ərəb dövlətlərinin İŞİD terrorçularının Əfqanıstana daşınmasında rolu var "deyib. Şadamani İŞİD üzvlərinin Əfqanıstana köçürülməsinin başda Çin və Rusiya olmaqla, bölgə dövlətlərinin zərərinə olacağı xəbərdarlığını edərək təşkilata İraq və Suriyada olduğu kimi, Əfqanıstanda da meydan açmaq istədiyini söyləyib.
ABŞ-ın İŞİD döyüşçülərinin sözügedən ölkəyə köçürülmasində maraqlı olduğunu iddia edən Şademani, Vaşinqton administrasiyasının bu planının uğursuz olacağını söyləyib.
Müxalifət.az