​"İran ərazisi 7 hissəyə bölünə bilər" - Tarasov

Baxış sayı:
7600

"İran ərazisi 7 hissəyə bölünə bilər. Bunun bir qismi Azərbaycan adlandırılacaq". Ordu.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu “Lazarev klubu”nun İrəvanda keçirilən iclasında çıxış edən rusiyalı politoloq Stanislav Tarasov deyib. Bölgədə yaranmış vəziyyətdən danışarkən politoloq qeyd edib ki, İran məsələsi xüsusi narhatlıq yaradır. Onun sözlərinə görə bu problemin həll yollarından biri İran ərazisinin 7 hissəyə bölünməsi ola bilər. "Bunun bir qismi Azərbaycan adlandırılacaq. Bu variantın Azərbaycana və Qarabağa aidiyyəti olmaya bilməz”, - deyə ekspert bildirib.