İran RAKKANI PKK/PYD-dən TƏMİZLƏYƏCƏK – ABŞ-la QARŞIDURMA

Suriyaya gerçəkləşdirdiyi səfər əsnasında danışan İran liderinin müşaviri Əli Əkbər Vilayəti çox yaxında yeni bir əməliyyatın başlayacağı siqnalını verib.
 
İranın dini lideri Xameneyinin müşaviri Əli Əkbər Vilayəti, Suriyaya gerçəkləşdirdiyi səfər zamanı mühüm bəyanatlar verərək, Suriyanın şərqinin çox yaxında təmizlənəcəyini deyib.
Hələb Valisi ilə bir araya gələn Vilayəti, "Suriya yaxın günlərdə şərq regionlarının təmizləndiyini görəcək" deyib.
Vilayəti daha öncə verdiyi açıqlamalarında Rakkanın terror təşkilatı PYD/PKK-dan təmizləyəcəyini ifadə etmişdi. Bu açıqlamanın ardından isə İran İnqilab Mühafizəçiləri Komandiri Qasım Süleymanı Rakkanın qonşu şəhəri Deyr əz Zorda görünüb. Bu isə o anlama gəlir ki, PKK/PYD-nin nəzarətindəki neft və qazla zəngin olan ərazilər tezliklə ABŞ-ın dəstəklədiyi terrorçulardan təmizlənəcək. Ancaq Rakadakı PKK-çıların məhz ABŞ-ın sayəsində o əraziləri işğal etdiyini nəzərə alsaq, onda Amerikanın da daxil olduğu böyük bir qarşıdurmadan söhbət getdiyini təhmin etmək olar.
Müxalifət.az