“İran raketlərini ABŞ bazalarının yaxınlarına daşıdı” - Pompeo

Baxış sayı:
7036

ABŞ-la İran arasında gərginliyin artmasından sonra ABŞ öz əməkdaşlarının İraqdan çıxarılması əmrini verməsindən sonra Almaniya da bu yöndə bir qərar verdi.
 
Alman rəsmi xəbər agentliyi “DPA”-nın hərbi qaynaqlarına görə, Alman ordusu bölgədəki gərginliyin artması səbəbiylə İraqda təlim əməliyyatlarını dayandırıb.
 
HOLLANDİYA
 
Almaniyadan sonra Hollandiya da təlimləri dayandırmağa qərar verdi.
 
POMPEO: RAKETLƏRİ BAZALARIMIZIN YAXININA DAŞIDILAR
 
ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İran tərəfdarı olan milislər raketləri İraqdakı ABŞ bazalarına yaxın bir yerə daşıyıb. İraq rəsmilərinə səslənən Pompeo, ABŞ bazalarını təhdid edən İran qruplarının nəzarət altına alınmasını tələb edib.
Müxalifət.az