​İRAN QƏRBİ PARÇALADI: Berlin Vaşinqtona qarşı...

Baxış sayı:
8710

Almaniya İran məsələsində təslim olmur.
Muxalifət.az verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında Avropa İnstitutunun Alman Tədqiqatlar Mərkəzinin rəhbəri Vladislav Belov deyib.
 “ABŞ diplomatik dillə danışmır, Berlinin İran məsələsində mövqeyi dəyişməzdir. Almaniya XİN rəhbərinin gözlənilmədən ABŞ-a səfəri də məhz Vaşinqtonun İrana qarşı səsləndirdiyi 12 şərtlə bağlıdır. Berlin aktiv şəkildə İran iqtisadiyyatının modernləşdirilməsində iştirak edən alman şirkətlərinin maraqlarını qorumağa çalışır. Əgər bu razılaşma məhv olmasa və ABŞ-sız belə özünü qoruyub saxlaya bilsə, almanlar bundan yalnız udacaqlar. Alman şirkətlərinin İrandakı yatırımları 7-10 milyard dollardır. Berlin gözəl anlayır ki, ABŞ bu gün alman şirkətlərinə hansısa güzəşt etmək niyyətində deyil. Ona görə ki, Tramp tacirdir. O, güzəştə yalnız Almaniya güzəştə gedəcəyi halda razılaşacaq. Yəni Tramp Berlindən heç nə almadan təslim olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı 12 şərtini elan etməsindən dərhal sonra Almaniya Xarici İşlər naziri Hayko Maas Vaşinqtona gedəcəyini deyib. Maas ABŞ-ın mövqeyi ilə razılaşmadığını və bunun bütün Avropanın maraqlarına zidd olduğunu açıqlayıb.