İran Qarabağda gərginliyi azaltmaq üçün səy göstərəcək

XİN rəsmisi: Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından narahatıq
 
İran Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından narahatdır.
"Fars" agentliyi xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi keçirdiyi brifinqdə bəyan edib.
"İran regionda gərginliyin azalması üçün bütün səylərini göstərəcək" – deyə Qasimi bildirib.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin rəsmisi regionda sülh və sabitliyin bərpasına ümid etdiyini bildirib və zorakılığın törədilməsinə yönəlmiş düşmən qəsdləri barədə xəbərdarlıq edib.