İran qanadlı raketlərlə silahlanmış sualtı qayığını nümayiş etdirdi

Baxış sayı:
1432

Bazar günü İran öz “Fateh” adlı yeni hərbi sualtı qayığı nümayiş etdirib.
Muxalifet.az xəbər verir ki, prezident Həsən Ruhaninin də iştirak etdiyi mərasim İranın cənubunda yerləşən Bəndər - Abbas liman şəhərində  baş tutub.
Yeni hərbi sualtı qayıq ən müasir silahlarla, mina, torpeda və qanadlı raketlərlə təchiz edilib.
O 200 metrə qədər dərinliyə dala və 5 həftəyə qədər su altında fasiləsiz işləyə bilir.