İran prezidentindən “Türkiyə” açıqlaması

Baxış sayı:
1807

İran prezidenti Həsən Ruhani, ABŞ sanksiyalarına baxmayaraq, ölkəsinin Türkiyənin də aralarında olduğu digər region ölkələrlə əlaqələrini daha da gücləndirəcəyini deyib.
 
Türkiyə sərhədinə yaxın Xoy şəhərində xalqa səslənən Ruhani, ABŞ-ın İrana qarşı başlatdığı sanksiyalara toxunaraq," ABŞ, İran xalqı ilə qardaş Türkiyə, Azərbaycan və İraq xalqlarıyla əlaqəsini zəiflətməyəcək. Qonşularımızla əlaqələrimiz daha da gücləndirəcəyik" deyib.
ABŞ-ın iqtisadi təzyiqlərlə İranı uca hədəflərindən caydıra bilməyəcəyini deyən Ruhani, "Müstəqil və azad qalmağa davam edəcəyik və ABŞ-a boyun əyməyəcəyik. Bizə bu iqtisadi müharibədə inad göstərənlərə qarşı əllərimizi yuxarı qaldırmayacağıq".
ABŞ-ın tətbiq etdiyi neft embarqosuna baxmayaraq İranın neft satışını dayandırmayacağını deyən Ruhani, neft ixrac etməyə davam edəcəklərini qeyd edib.
Müxalifət.az