İran prezidentindən Trampa rədd cavabı
ABŞ prezidenti Donald Trampın görüş təklifinə İran prezidenti Həsən Ruhanidən rədd cavabı verilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 73-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində olan Ruhani, Amerikalı media rəhbərləri ilə keçirdiyi görüşdə nüvə danışıqlarla bağlı açıqlama verib.
TRAMP, İRAN XALQINI TƏHDİD EDİR
ABŞ prezidenti Donald Tramp ilə görüş məsələsinə toxunan Ruhani, İran ilə Şimali Koreyanın bir-birinə bənzədilməsinin yerində olmadığını bildirərək, Trampın çox əhəmiyyətli bir müqavilədən heç bir əsas göstərmədən çəkildiyini, İran xalqını sanksiyalarla təhdid etdiyini və daxili işlərinə müdaxilə etdiyini bildirərək bunların asanlıqla dərk ediləcək addımlar olmadığını qeyd edib.
ABŞ İLƏ MÜZAKİRƏLƏRdə, “QAZAN-QAZAN” SİYASƏTİ
Görüşmənin münaqişələr azalanda və müsbət nəticə ilə bağlı ümidlər doğulanda həyata keçirilə biləcəyini dilə gətirən Ruhani, Trampın davranışının heç bir ümid vermədiyini, buna görə də görüşün heç bir əhəmiyyətinin olmayacağını bildirib və gələcəkdə ABŞ-ın səmimi bir şəkildə münasibətləri yenidən təsis etmək istədiyi görülərsə, o zaman İranın qərarının da fərqli olacağını, atmosferin dəyişəcəyini deyib.
Trampın İran və xalqına qarşı çox səhv addımlar atdığına diqqəti çəkən Ruhani, "Tramp əvvəl bunları kompensasiya etməlidir. ABŞ ilə müzakirələrdə yürütdüyümüz “qazan-qazan” siyasətidir. Tramp bunu pozdu. Halbuki Amerikalı şirkətlərin İran ilə işləməsi ABŞ-ın zərərinə deyildi" deyə, söyləyib.
Müxalifət.az