İran prezidentindən Trampa GÖZDAĞI

İran prezidenti Həsən Ruhani altı digər dövlətlə nüvə problemi üzrə imzalanmış müqaviləni müdafiə edib.
 
Bu barədə “Reuters” İran mətbuatına istinadən məlumat yayıb.
Beləliklə də, İranın dövlət başçısı Donald Trampın müqaviləni tənqid edən bəyanatına münasibət bildirib.
“Danışıqlarda biz geri dönməz faydalı razılaşmalara imza atmışıq. Bunu heç kim geri çevirə bilməz – nə mister Tramp, nə də başqası. Lap 10 Tramp gəlsə belə - heç nə dəyişməyəcək”, - Ruhani deyib.
Qeyd edək ki, Tramp İranla sövdələşməni ləğv etmək istəyir. Onun sözlərinə görə, İran müqavilənin şərtlərinə əməl etmir./virtualaz.org