İran prezidentindən Donald Trampa XƏBƏRDARLIQ

İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı nümvə müqaviləsi çərçivəsində Tehrana tətbiq edilən sanksiyalarla bağlı xəbərdarlıq edib. Prezident Ruhani Donald Trampın siyasi intihar riskinə getdiyini bildirib.
Həsən Ruhani bu fikirlərini Tehranda təşkil edilən inaqurasiya mərasimində çıxışı zamanı söyləyib.
İran prezidenti Donald Trampı siyasi intihar riskinə dair xəbərdarlıq edərək Tehrana müvə müqaviləsi çərçivəsində tətbiq edilən sanksiyaları tənqid edib.
Həsən Ruhani rəsmi Tehran nüvə müqaviləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, lakin Donald Trampın müqaviləşinin şərtlərini pozduğunu bildirib.