İran prezidenti Ruhani Səudiyyə Ərəbistanı ilə əlaqələrin bərpasını istəyir

Baxış sayı:
701

İran prezidenti Ruhani “İran üçün bölgə ölkələri və Səudiyyə Ərəbistanı ilə yenidən əlqələrin qurulmasında problem yoxdur”, dedi. İran prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Oman XİN naziri Yusuf bin Alevini qəbul edən Ruhani, Yəməndəki müharibə və Səudiyyə Ərəbistanı – İran əlaqlərinə toxundu. Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir. Ruhani, ABŞ və AB birliyi ölklərinin verdiyi açıqlamalara baxmayaraq, onların Yəməndə sülhün bərqərar olmasında maraqlı olmadıqlarını və müharibə sayəsində xeyli silah satmağı planlaşdırdıqlarını söylədi. Bölgə ölkələrinin təhlükəsizlikdə aktiv rol oynamasını və Hürmüz Boğazı ilə Bəsrə körfəzinin qorunması üçün xarici ölkələrin müdaxiləsinə imkan verilməməsini istəyən Ruhani, Hürmüz Sülh planını bu məqsədlə hazırladıqlarını bildirdi. Alevi də Yəmən böhranının həll olunması üçün umidli olduğunu və bu mövzuda İranın bölgədə həssaslığına görə hərəkət edəcəyini dedi. Tehran və Vaşinqton arasında vasitəçilik rolunda önə çıxan Yusuf bun Alevi son 9 ayda 3 –cü dəfə Tehranı ziyarət edir. Muxalifet.az