İran prezidenti milli birliyə çağırıb

Baxış sayı:
2953

İran prezidenti Həsən Ruhani İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəsini vurub salmasına görə baş qaldıran kütləvi etirazlardan sonra çərşənbə günü milli birliyə çağırıb.
İran əvvəlcə komMersiya təyyarəsinin düşməsinə mexaniki problemlərin səbəb olduğunu bildirib, bir neçə gün sonra isə təyyarənin hərbi qüvvələr tərəfindən səhvən vurduğunu etiraf edib. Qəza nəticəsində təyyarədə olan bütün 176 sərnişin və uçuş heyətinin üzvü həlak olub.
İran rəsmilərinin bu etirafı iranlıların ölkə rəhbərlərinə qəzəbi və genişmiqyaslı nümayişlərə səbəb oldu.

Dövlət televiziyası ilə canlı yayımlanan xalqa müraciətində Ruhani qəza barədə məlumatı gecikdirdiklərinə görə, hərbçilərin üzr istəməli olduqlarını deyib.
Ruhani eləcə də qəzanın tam təhqiq edilməsini tələb edib və İran hökumətinin ölkəni necə idarə etməsi ilə bağlı dəyişikliklərə ehtiyac olduğunu dilə gətirib.
Ruhani rəsmiləri fevralın 21-də keçiriləcək ümummilli seçkilər zamanı potensial siyasi namizədlərin iştirakını qadağan etməməyə çağırıb. Hazırda bütün namizədlərin ölkəyə sadiqliyini müəyyənləşdirmək üçün konstitusiya monitorinqi tərəfindən yoxlanılır.
"İnsanlar bizim sahiblərimiz, biz isə xidmətçiləriyik" deyə, Ruhani kabinet iclasından sonra bildirib. "Xidmətçi isə sahibinə təvazökarlıq, dəqiqlik və dürüstlüklə xidmət etməlidir", Ruhani deyib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də çərşənbə günü etiraz aksiyaları barədə danışıb. "Bir neçə gecədir onlara yalan məlumat verildiyinə görə insanlar Tehran küçələrinə çıxaraq, nümayişlər keçirir. Bu, çox ciddi vəziyyətdir. Biz buna səbəbin məsələnin kifayət qədər erkən açıqlanmaması olduğuna inanırıq" - deyə, o bildirib.
Muxalifet.az