İran prezidenti ABŞ-ı hədələdi

Baxış sayı:
10942

 İran prezidenti Həsən Ruhani ABŞ-ın daha çox təzyiqə əl atdığı təqdirdə daha çox IR8 sentrafuqalar yaradacaqlarını açıqlayıb.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp rəhbərliyindəki ABŞ, dünən İran İnqilab Keşikçilərini terror təşkilatı olaraq elan edib. Bu hadisədən dərhal sonra isə İran hökuməti ABŞ-a cavab tədbirləri olaraq ABŞ ordusunu terror siyahısına əlavə edib.
İran prezidenti Həsən Ruhani Vaşinqtonun Tehrana təzyiqi davam etdirdiyə təqdirdə ölkəsinin IR-8 adı verilən yeni model uran zənginləşdirməkdə istifadə edilən sentrifuqalar yaradacaqlarını bildirib.
Müxalifət.az