İran prezidenti ABŞ-dan üzr gözləyir: Üzr diləyərlərsə..

Baxış sayı:
4021

İran prezidenti Həsən Ruhani, əgər ABŞ keçmişdə İrana etdiyi müdaxilələrə görə üzr istəsə, qəbul etməyə hazır olduqlarını deyib.
 
Paytaxt Tehrandakı səfirlər və diplomatlarla keçirilən iclasda çıxış edən Ruhani ABŞ-ın İrana yönəlik siyasətinə dair qiymət verib.
Xarici güclərin bölgədəki varlığı və müdaxiləsinin sona çatmasının lazım olduğunu deyən Ruhani, "ABŞ-ın əsla hədəfinə çata bilməyəcəyini" irəli sürüb.
ABŞ-ın "şərqdəki super gücə qarşı regionda ən böyük müttəfiqini itirdiyini" iddia edən Ruhani, "ABŞ İranı yenidən əldə etmək üçün son 40 ildə bütün imkanlarını səfərbər edib, ancaq uğursuz oldu" deyib.
 Ruhani ABŞ və İran münasibətlərinin gələcəyi ilə bağlı bu sözləri deyib:
“Bizim şüarımız bütün dünya ilə dostcasına münasibətlər qurmaqdır. Əgər ABŞ keçmişdə İrana etdiyi müdaxilələrə görə üzr istəsə, qəbul etməyə hazırıq”.
Müxalifət.az