İran parlamentində atışma - SON DƏQİQƏ

 İran parlamentində silah səsləri eşidilib.
 
Bununla bağlı "Fars" və "Mehr" agentlikləri məlumat yayıb.
Hadisə zamanı naməlum şəxs parlamentdə atəş açıb. Olay nəticəsində azı 1 nəfər yaralanıb.
"Tasnim" xəbər agentliyinin məlumatına görə, 3 silahlı parlament binasına hücum edib. Mühafizəçi və daha 2 nəfər yaralanıb.
Hazırda silah səsləri gəlməkdə davam edir.