İran ordusu: “Əcnəbi qüvvələrin müdaxilə haqqı yoxdur, nüvə proqramımız dayanmadan davam edəcək”
Muxalifet.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin mətbuat katibi Məsud Cəzayiri deyib: “İranın raket proqramı dayanmadan davam edəcək və əcnəbi qüvvələrin bu məsələdə müdaxilə hüququ yoxdur”.
Açıqlamanı İranın “Tasnim” agentliyi yayıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də fransız həmkarı Jan-İv Lö Drianla görüşündən əvvəl Tehranla münasibətlərdə “ayrı-seçkilikdə” ittiham elədiyi Avropa İttifaqını tənqid eləyib və bu qurumun ABŞ-ın təzyiqi altında hərəkət elədiyini bildirib.
İslahatçılara yaxın olan “Etimad” qəzetinə müsahibə verən Zərif deyib: “Avropa ölkələri ABŞ-ı İran ilə əldə edilən nüvə razılaşmasında saxlamaq üçün radikallıqdan əziyyət çəkir və bu, sonda Avropanın siyasətlərinə zərər verəcək”.
Bu açıqlamalar Fransa xarici işlər naziri Jan-İv Lö Drianın bu gün Tehrana bir günlük səfəri zamanı gəlib.
Le Drian iranlı həmkarı Zərif ilə yanaşı, İran prezidenti Həsən Ruhani ilə də görüşəcək.