İran nüvə razılaşmasını qismən dayandırdı

Baxış sayı:
5431

İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə nüvə razılaşmasının bəzi öhdəliklərini qismən dayandırıb.
 
İranın Xəbər Agentliyi ISNA Milli Təhlükəsizlik Şurasının qərarı ilə nüvə razılaşmasının bəzi öhdəliklərini rəsmi olaraq təxirə saldığını bəyan edib.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən həftə ABŞ-ın nüvə razılaşmasından çıxmasının il dönümündə etdiyi çıxışında, ABŞ-ın sanksiyalarına cavab olaraq razılaşma ilə məhdudlaşdırılan 300 kiloqram üzərindəki zənginləşdirilmiş uranı və ağır suyun 130 tondan çoxunun ölkə xaricinə satılmasını 60 gün müddətində dayandırdıqlarını açıqlamışdı.
 
İRANIN QƏRARI
 
İran prezidenti Həsən Ruhani müqavilədə qalan ölkələrin bu müddət ərzində, xüsusilə neft və beynəlxalq bankçılıq mövzularında İranın maraqlarını qoruyacaq addımlar atmadıqları təqdirdə sonrakı mərhələdə, uranın zənginləşdirilməsinə qoyulan 3,67 faiz məhdudiyyətini tanımayacaqlarını və Ağır Su Reaktörünün modernləşdirilməsinə başlayacaqlarını ifadə etmişdi.
 Müxalifət.az