​İran nüvə müqaviləsindən çıxır

Baxış sayı:
5110

Avropanın İranla apardığı danışıqlar nəticəsiz qalıb.
Muxalifet.az xəbər verir ki, İran yaxın günlərdə müqavilədən çəkilə bilər. İranın XİN rəhbərinin müavini Abbas Arakçı bildirib ki, əgər avropalı partnyorlar rəsmi Tehranı fikrindən daşındıra bilməsələr, bu baş verəcək.
“İranın səbri tükənib. Çox güman ki, yaxın həftələrdə İran nüvə müqaviləsindən çəkiləcək”, - deyə diplomat bildirib.
Abbas bildirib ki, Avropa ilə danışıqların davam etdirilməsi qeyri-müəyyən perspektivdir. Nüvə müqaviləsi barədə uğur əldə edilməsinə şübhə ilə yanaşır:
“Biz ümid edirik ki, Avropanın təklifləri İran üçün uyğun olacaq. Bəlkə də İranı razı sala bildilər”.
Qeyd edək ki, ABŞ 8 may tarixində nüvə müqaviləsindən çıxıb.