​İran müqavilədən çıxarsa, hər kəs unudacaq ki... - Putin

Baxış sayı:
7405

İran nüvə müqaviləsindən çıxdığını bəyan edərsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk etdiyini unudacaq. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib. "İndi deyəcəyim sözlər bəlkə də avropalı dostlarımızın xoşuna gəlməyəcək, ancaq diplomatiyadan kənar bir şey söyləyəcəyəm. Amerikalılar geri çəkilir, razılaşma pozulur və Avropa ölkələri iqtisadiyyatdakı itkiləri aradan qaldırmaq üçün İranla bağlı heç bir şey edə bilmir. Ancaq İran müqaviləni tərk etsə, hər kəs ABŞ-ın müqaviləni ilk tərk edən tərəf olduğunu unudacaq və hər kəs məsuliyyəti İranın üzərinə atacaq. Dünya ictimaiyyəti də bu istiqamətdə hərəkət edəcək", - Putin qeyd edib.