İran məscidi üzərində qırmızı bayraq dalğalandı - QİSAS MESAJI VERİLDİ / Video

Baxış sayı:
4201

İranın Qum şəhərində Qasim Süleymaninin ölümü münasibətilə Camkaran məscidi üzərində qırmızı bayraq qaldırılıb.

Muxalifet.az bu barədə "lenta.ru"-ya istinadla bildirir. 

Qırmızı bayrağın qaldırılmasında məqsəd Sülemaninin qisasının alınacağı mesajını verməkdir. 

İranlı hərbçilər və məmurlar ABŞ-dan qısas alacaqlarını bəyan etdilər. Bu gün generallardan biri qisasın alınması üçün 35 hədəf seçdiklərini bildirdi. Buna qədər isə, ölkə hakimiyyəti BMT-nin baş katibinə Tehranın özünü müdafiə haqqının olduğunu bildirmişdi. 

BMT təmsilçisi isə bu ölümü müharibə elanı ilə müqayisə etdi və tədbir görəcəyini vəd etdi.

Muxalifet.az