​İran Mərkəzi Bankının rəhbəri sanksiya siyahısına düşdü

Baxış sayı:
3322

ABŞ Maliyyə Nazirliyi növbəti dəfə İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Sanksiya siyahısında İran Mərkəzi Bankının rəhbəri Vəliullah Səif də yer alıb.
Maliyyə Nazirliyinin sanksiya siyahısında qeyd edilib ki, bu qərarlarla İranın bank sektorunda fəaliyyətinin qarşısının alınması hədəflənib.