​İran məhkəməsi 16 qadını həbs etdi - İŞİD-lə əlaqə

Baxış sayı:
4174

İran məhkəməsi İŞİD-lə əlaqələrinin olması səbəbindən 16 qadın haqqında həbs qərarı verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Tehranın Baş prokuroru Abbas Cəfəri deyib.
“İŞİD üzvü olan qadınların müxtəlif müddətə həbs edilmələri barədə qərar qəbul edilib”, - deyə prokuror bildirib.
Cəfəri həmçinin əlavə edib ki, qadınların İŞİD-dən alınan pulları ödəməsi barədə də qərar verilib.