​İran meydan oxudu: "Ərəbistan ABŞ və İsraili dost seçməkdə peşman olacaq" - XAOS

Yəməndən Səudiyyə Ərəbistanına atılan raket ər-Riyadın təcavüzkar siyasətinin nəticəsidir.
Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
O bildirib ki, ABŞ və İsraili dost, İranı düşmən elan etmək səudiyyəlilərin strateji səhvidir.
Ruhani Səudiyyə krallığına xəbərdarlıq da edib: “İranın gücü kifayət qədərdir və heç bir xarici qüvvə bizi qorxuda bilməz”.
Qeyd edək ki, husilərin atdığı raket nəticəsində Səudiyyə şahzadəsi Mansur ibn Mukrin və daha 8 yüksək vəzifəli məmur həlak olub. Ər-Riyad raketin İranın əmri ilə atıldığını bildirib.