İran meydan oxudu: “Heç kimdən icazə almayacağıq”

Baxış sayı:
5728

İran prezidenti Həsən Ruhani, İran İslam İnqilabının 40-cı ildönümü ilə bağlı mərasimdə paytaxt Tehranda toplaşan xalqa müraciət edib.
 
 ABŞ və Qərb ölkələrindən yüksələn etirazlara baxmayaraq ölkəsinin hərbi gücünü və raket proqramını genişləndirməyə davam edəcəyini açıqlayan Ruhani, "Müxtəlif raketləri istehsal və inkişaf etdirmək üçün kimsədən icazə almamışıq və almayacağıq. Biz yolumuza və hərbi gücümüzə davam edəcəyik" deyib.
Ruhani, insanların çətinliklərlə qarşı-qarşıya qalsalar belə, İranın ABŞ sanksiyalarını məğlub edəcəyini bildirərək ABŞ-ın İrana qarşı qurduğu "hiylələrin" heç vaxt məqsədinə çatmayacağını vurğulayıb.
Qeyd edək ki, İranın son raket sınağından sonra ABŞ və Fransa rəhbərliyi İrana təpki göstərmiş və BMT qərarlarını pozduğunu iddia etmişdi.
Müxalifət.az