İRAN MEDİASI HANSI “DİPLOMATİK UĞUR”DAN DANIŞIR? – Bir halda ki, Lavrov Rusiyanın Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşdığını rəsmən Tehrana çatdırdı…

Baxış sayı:
863

İranın media resuslarında bu ölkənin xarici işlər naziri Əmir Abdullahiyanın dünən Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirilən görüşdə “əldə olunmuş diplomatik uğurlar”ından bəhs edirlər. Gəlin görək, həqiqətən də belədir?

Rusiya XİN rəhbəri S.Lavrov bildirdi ki, iranləı həmkarı ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanla birgə "3+3" formatını müzakirə edib. Eləcə də qeyd edilib ki, bu platformanın yaradılması ideyası prezident İlham Əliyevə məxsusdur.

Məlum olduğu kimi, prezident 6 ölkənin daxil olduğu bu platformanı irəli sürdüyü zaman Türkiyə də bunu dəstəkləmişdi. Lavrovun da bir daha bunu vurğulaması onu göstərir ki, hazırkı qüvvələr balansında Moskva-Bakı-Ankaranın mövqeləri üst-üstə düşür, İran isə buna qoşulmasa kənarda qalmalı olacaq.

Lavrov faktiki "3+3" formatını vurğulamaqla, ölkəsinin Zəngəzur dəhlizindən yana olduğunu bir daha İranın rəsmən nəzərinə çatdırdı.

Mətbuat konfransında iranlı jurnalistin Abdullahiyana ünvanladığı, "İranın Cənubi Qafqaza münasibətdə yanaşması etnik və dini məsələlərə yox, bölgənin geosiyasi və geoiqtisadi önəminə əsaslanır. Ermənistan bu yanaşmanı necə qiymətləndirir", - sualı bir daha bəlli edir ki, İran üçün öz maraqları din qardaşlığından və hər şeydən üstündür. Bu, Moskvada ifadə edilmiş bir etirafdır. Tehran illərlə "müsəlman həmrəyliyi", "şiə qardaşlığı"ndan danışa-danışa əksini edirdi. Vətən müharibəsindən əvvəl erməni qardaşları ilə talan etdiyi Qarabağı narkotik ticarəti üçün su yoluna döndərmişdi. Eləcə də Qarabağda məskən salan erməni terrorçularını enerji və yanacaqla təmin edirdi. Bu nüans bizdəki iransevərləri ayıltmalıdır. Azərbaycan bu gün bir daha İrana sillə vurdu, həm də Lavrovun əliylə...